Rusiya yenə Sumıda aviazərbələr endirdi - VİDEO

11:30 - 10 Mart 2022

Rusiya yenə Sumıda aviazərbələr endirdi - VİDEO

Rusiya aviasiyası bu gecə Ukraynanın Sumı vilayətinin Axtırka şəhərində yaşayış məntəqələrinə ağır zərbələr endirib.

 

Manset.az xəbər verir ki, bu barədə Sumı Regional Dövlət Administrasiyasının sədri - Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Dmitri Jivitski “Telegram” kanalında yazıb.

“Axtırka. Hər dəfə bu barədə danışmaq ürək yandırır. Rusiya aviasiyası martın 10-da gecə yarısı yaşayış məntəqələrini yenidən bombalayıb”, - o deyib.

Jivitskinin sözlərinə görə, atılan mərmilərin qaz kəmərlərinə düşməsi barədə məlumat var.

Daha əvvəl Rusiya qoşunlarının Axtırkada istilik elektrik stansiyasını dağıdıb, nəticədə 5 işçi həlak olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az