"ABŞ-la əlaqələrimiz bərpa oluna bilər" - PESKOV

14:35 - 16 Mart 2022

\"ABŞ-la əlaqələrimiz bərpa oluna bilər\" - PESKOV

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov ABŞ rəsmilərinə sanksiya tətbiq edilməsinə münasibət bildirib.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.

“ABŞ Prezidenti Cozef Baydenə qarşı sanksiya tətbiq etməyimiz təmaslardan imtina etməyimiz deyil. Lazım gələrsə, əlaqələrimiz bərpa oluna bilər”, - o deyib.

Kreml sözçüsü həmçinin sanksiya tətbiq olunan şəxslərin siyahısının V.Putinlə razılaşdırıldığını əlavə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az