Ukrayna baş nazirinin müavini İrina Vereşuk Rusiya qüvvələrinin Mariupolda 400-ə yaxın mülki vətəndaşı girov saxladığını açıqlayıb.
Manset.az xəbər verir ki, Ukrayna baş nazirinin müavini İrina Vereşuk verdiyi açıqlamada Rusiya qüvvələrinin dünən ələ keçirdikləri şəhər xəstəxanasından atəş açdığını bildirib.
Rusların şəhəri tərk etmək istəyən mülki şəxslərə atəş açıb təhdid etdiyini bildirən Vereşuk, "Xəstəxanada tibb işçiləri də daxil olmaqla 400-ə yaxın mülki şəxs girov saxlanılır" deyib.