Pekresin üzərinə çəhrayı toz atdılar - VİDEO

17:25 - 16 Mart 2022

Pekresin üzərinə çəhrayı toz atdılar - VİDEO

Fransada aktivistlər prezidentliyə namizəd Valeri Pekresin üzərinə çəhrayı toz atıblar.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı “BFMTV” telekanalı yayıb.

Məlumata görə, Pekres Kiçik və Orta Müəssisələr Konfederasiyasında çıxış etdikdən sonra “Akira” hərəkatının iki aktivisti onun üzərinə çəhrayı toz atıblar.

İnsidentdən sonra Pekres aktivistlərə onlarla danışmağı təklif etsə də, onlardan biri “Dəyməz” deyə bildirib. Hazırda hadisənin səbəbləri araşdırılır.

Xatırladaq ki, Valeri Pekres bir müddət əvvəl Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz səfər edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Fransa prezidentliyinə ifrat sağçı namizəd Erik Zemmura Fransanın Oksitaniya bölgəsindəki Muassak şəhərinə səfəri zamanı yumurta atılıb


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az