Çində sərnişin təyyarəsinin qəzaya uğradığı yerdən dəhşətli görüntülər - YENİLƏNDİ + VİDEO

16:40 - 21 Mart 2022

Çində sərnişin təyyarəsinin qəzaya uğradığı yerdən dəhşətli görüntülər - YENİLƏNDİ + VİDEO

Çinin cənubunda qəzaya uğrayan “China Eastern” aviaşirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsinin görüntüləri yayılıb.

 

Manset.az xəbər verir ki, kənd sakinlərindən biri yerli xəbər saytına bildirib ki, qəzaya uğrayan təyyarə tamamilə məhv olub.

Hadisə şahidinin dediyinə görə, təyyarənin dağa çırpılması nəticəsində baş verən yanğın yaxınlıqdakı meşə sahəsinə də keçib.

Həmin görüntüləri təqdim edirik:

 

 

12:59

Çinin cənubunda “Boinq-737” markalı sərnişin təyyarəsi qəzaya uğrayıb.

 

Manset.az xəbər verir ki, bu barədə Çin dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, təyyarənin göyərtəsində 133 nəfər olub.

Hazırda axtarış-xilasetmə işləri aparılır. Qəzanın səbəbi və sərnişinlərin taleyi ilə bağlı məlumat paylaşılmayıb.

Sözügedən sərnişin təyyarəsi Kunminqdən Quançjouya gedirmiş.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az