Ukrayna-Rusiya danışıqlarının növbəti raundu BAŞ TUTDU

16:50 - 21 Mart 2022

Ukrayna-Rusiya danışıqlarının növbəti raundu BAŞ TUTDU

Bu gün, martın 21-də Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların növbəti raundu baş tutub. 


Manset.az “Ukraynskaya Pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya məlumat verib. 

"Görüş artıq baş tutub. Saat 10:30-dan 12:00-a kimi rəsmi nümayəndə heyətləri onlayn müzakirələr aparıb.

Sonra işçi qruplar yenidən yola düşüblər. Bu gün biz bütün günü danışıqlarla bağlı işləyəcəyik", - deyə Araxamiya bildirib. 

Ukrayna rəsmisi danışıqların gedişi ilə bağlı əlavə məlumat verməyib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az