Ölkəsindən qaçan iqtisadiyyat naziri ABŞ-də Uber sürücüsü oldu - FOTO

17:30 - 21 Mart 2022

Ölkəsindən qaçan iqtisadiyyat naziri ABŞ-də Uber sürücüsü oldu - FOTO

2021-ci ildə Taliban tərəfindən əsir götürülən Əfqanıstanın sonuncu iqtisadiyyat naziri Xalid Payendanın Vaşinqtonda Uber sürücüsü olduğu müəyyən edilib.


Manset.az xəbər verir ki, “Washington Post” qəzeti keçmiş iqtisadiyyat nazirinin sükan arxasında fotolarını paylaşıb.

Keçən il Taliban tərəfindən ələ keçirilən və Əfqanıstandan qaçan nazir Xalid Payenda 7 ay əvvələ qədər ölkənin 6 milyard dollarlıq büdcəsini idarə edib. 

İndi isə gündə 95 dollar qazandığı bildirilib.

Həyat yoldaşı və uşaqları ilə birlikdə ABŞ-da yaşamağa başlayan 40 yaşlı Payenda “The Washington Post”a verdiyi açıqlamada Əfqanıstan xalqını günahlandırıb: “Baş verənlərə görə əfqanlar məsuliyyət daşıyır. Biz birlikdə islahat aparmaq və ciddi olmaq iradəsini nümayiş etdirə bilmədik”.

Keçmiş nazir ABŞ-nin ölkəni Talibana təslim etdiyini deyib. 

O özünü də günahlandırdığını bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az