Rusiyalıların 74 faizi Ukraynadakı hərbi əməliyyatı dəstəkləyir - SORĞU

16:26 - 23 Mart 2022

Rusiyalıların 74 faizi Ukraynadakı hərbi əməliyyatı dəstəkləyir - SORĞU

Ümumrusiya İctimai Rəyi Öyrənən Mərkəzin (VTsİOM) apardığı araşdırmaya görə, rusların dörddə üçü Ukraynanın silahsızlaşdırılması və denazifikasiyası üzrə xüsusi hərbi əməliyyatı dəstəkləyir.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə VTsİOM məlumat yayıb.

Belə ki, əgər fevralın 25-də respondentlərin 65 faizi xüsusi əməliyyatı dəstəklədiyini bəyan etmişdisə, indi bu rəqəm doqquz faiz bəndi - 74 faizə qədər artıb.

Respondentlərin 17 faizi Ukraynadakı hərbi əməliyyatları dəstəkləmir. Üç həftə ərzində əməliyyatları dəstəkləməyən rusiyalı respondentləri sayı səkkiz faiz azalıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az