Türkiyə XİN-dən Talibana ÇAĞIRIŞ

09:52 - 24 Mart 2022

Türkiyə XİN-dən Talibana ÇAĞIRIŞ

Əfqanıstanda qızların təhsilinə qoyulan məhdudiyyətin davam etməsindən təəssüflənirik.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Talibana çağırışında qeyd olunub.

"Əfqan xalqının əksəriyyətinin gözləntisidir ki, yeni təhsil dövründə bütün tələbələr, o cümlədən qızlar təhsillərini davam etdirsinlər. Biz Əfqanıstanın müvəqqəti hökumətini hər yaşda olan qızların ən qısa zamanda təhsil almasına icazə verməyə çağırır və bu çətin günlərdə əfqan xalqının yanında olmağa davam edəcəyimizi vurğulayırıq”, - çağırışda bildirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az