Şoyqunun görünməməsi ilə bağlı Ukraynadan - AÇIQLAMA

10:11 - 24 Mart 2022

Şoyqunun görünməməsi ilə bağlı Ukraynadan - AÇIQLAMA

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Rusiya Prezidenti Vladimir Putinin ətrafındakı fikir ayrılıqlarından danışıb.

 

Manset.az UNİAN-a istinadən xəbər verir ki, o, bu barədə efirdə bildirib.

"Orada təkcə müdafiə naziri Sergey Şoyqu deyil. Bir çox general artıq əlaqə saxlamır, bir çoxu dəyişdirilib. Onlar düşünürlər ki, yeni qüvvələrlə nəyisə dəyişə bilərlər", - o qeyd edib.

Qeyd edək ki, martın 23-də rusiyalı araşdırmaçı jurnalistlər Rusiyanın müdafiə naziri Sergey Şoyqunun informasiya məkanından yoxa çıxmasına diqqət çəkib. Bildirilib ki, nazir, 11 gündür ictimaiyyət qarşısına çıxmayıb.

Həmçinin Şoyquda ürək xəstəliyi olduğu da iddia edilib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Şoyqunun yoxa çıxmasını maraqlı adlandırıb, Rusiyanın daha bir neçə əsas siyasi xadiminin informasiya məkanından yoxa çıxdığını qeyd edib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az