Britaniyanın Azərbaycandakı səfiri Ukraynaya kömək üçün şirniyyat satır - VİDEO

16:04 - 25 Mart 2022

Britaniyanın Azərbaycandakı səfiri Ukraynaya kömək üçün şirniyyat satır - VİDEO

Birləşmiş Krallığın Azərbaycandakı səfirliyi “Torpaq əlimdə, bahar ürəyimdə” yarmarkasında satışa şirniyyat çıxarıb. 

 

Manset.az xəbər verir ki, bununla bağlı səfirlik “Instagram” səhifəsində paylaşım edib.

Paylaşımda bildirilib ki, yarmarkadan gələn gəlir Ukraynada zərərçəkənlərə və Azərbaycana Birgə Yardım Təşkilatına (UAFA) yatırılacaq.

Qeyd edək ki, Britaniya səfiri Ceyms Şarp da yarmarkada iştirakı ilə bağlı “Twitter” səhifəsində paylaşım edib.

Səfirlik sabah, martın 26-da da yarmarkada iştirak edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az