Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov Fransa Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb.
Manşet.az Fransa Xarici İşlər Nazirliyinə istinadən xəbər verib ki, səfir Tviter hesabındakı paylaşımlara görə idarəyə çağırılıb.
Həmçinin bildirilir ki, səfir öz növbəsində Parisin diqqətini Rusiyanın Fransadakı xarici nümayəndəliklərinə qarşı həyata keçirilən və Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının pozulmasına gətirib çıxaran təxribatlara cəlb edib.