Paşinyan Rusiyaya səfər edəcək

22:52 - 25 Mart 2022

Paşinyan Rusiyaya səfər edəcək

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya rəsmi səfəri aprelin ikinci yarısına, ölkənin xarici işlər naziri Ararat Mirzoyanın isə aprelin 8-nə planlaşdırılıb.

Manşet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya rəsmi səfəri (aprelin ikinci ongünlüyü) və xarici işlər naziri Ararat Mirzoyanın (8 aprel) işgüzar səfəri planlaşdırılır. Müxtəlif səviyyələrdə digər təmaslar üzərində iş aparılır”, - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az