Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayan Rusiyanın 4 halda nüvə silahından istifadə edə biləcəyini bildirib.
Manşet.az xəbər verir ki, Medvedevin sözlərinə görə Rusiya aşağıdakı hallarda nüvə silahından istifadə edə bilər:
birinci hal - Rusiya Federasiyasının ərazisi nüvə silahı ilə vurulduqda;
ikincisi, Rusiyaya və ya onun müttəfiqlərinə qarşı nüvə silahının hər hansı digər istifadəsi;
üçüncüsü, Rusiyanın nüvə qüvvələrinin fəaliyyətini iflic edə biləcək kritik infrastruktura hücum;
dördüncüsü, Rusiya Federasiyasına və ya onun müttəfiqlərinə qarşı təcavüz aktı, bunun nəticəsində ölkənin mövcudluğunun təhlükə altına düşməsi halında.