Rusiyanın şəhərinə "müştəri" çıxdı: "Ora bizimdir" - VİDEO

15:56 - 26 Mart 2022

Rusiyanın şəhərinə \"müştəri\" çıxdı: \"Ora bizimdir\" - VİDEO

Polşanın Quru Qoşunlarının sabiq komandanı general Valdemar Skşipçakın dediyinə görə, Rusiyanın Kalininqrad şəhəri  əslində polyakların qədim yaşayış məntəqəsidir.

 

Manşet.az bildirir ki, V.Skşipçakın dediyinə görə, bu şəhərin Rusiyadan alınmasının vaxtı çatıb.

 

"Fikrimcə, əzəli Polşa ərazisi olan Kalininqradla bağlı məsələnin həlli yollarının aranmasının vaxtı çatıb. Şəhər 1945-ci ildən bəri Rusiyanın işğalı altındadır. Halbuki həmin ərazilər tarixən Prussiya və Polşa torpaqları olub. Bu səbəbdən də Polşanın Kaliniqrada iddia etməsinin qanuni əsasları var", - general V.Skşipçak deyib.

 

Generalın dediyinə görə, Kalininqrad şəhəri Baltika dənizinə və Polşa ovalığına aparan qapıdır: "Bu yerlərdən Mərkəzi və Qərbi Avropaya yol keçdiyindən Rusiyanın hərbi və siyasi strategiyasında Kalininqradın xüsusi yeri var".

 

Əzəli pruss kəndi Tvanqste olmuş bu məkanda 1255-ci ildə Tevton Ordeninin cəngavərləri çex kralı 2-ci Prjemısl Otakarın şərəfinə Köniqsberq (almanca "Kral Dağı") qalası inşa etmişdilər. Qala sonradan böyüyərək şəhərə çevrilmişdi.

 

Polyaklar bu şəhəri Korolevets adlandırırdılar.

 

Şəhər 1946-cı ilin iyulun 4-dən sonra Kalininqrad olub.

 

Dünyaca məşhur alman filosof İmmanuil Kant bu şəhərdə yaşayıb və dəfn olunub.

 

 

(milli.az)

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az