Rusiya MN vətəndaşların komissarlığa çağırılması məlumatını təkzib etdi

16:31 - 26 Mart 2022

Rusiya MN vətəndaşların komissarlığa çağırılması məlumatını təkzib etdi

"Hərbi komissarlıqlar ehtiyatda olan Rusiya vətəndaşlarını orduya çağırmayıb, Müdafiə Nazirliyinin belə bir planı yoxdur".

Manşet.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

"Bütün bu cür saxta zənglər Ukrayna ərazisindən edilir, onlar tamamilə reallığa uyğun gəlmir və Ukrayna xüsusi xidmət orqanlarının təxribatıdır”, - o deyib.

Konaşenkov qeyd edib ki, son günlər bir çox Rusiya vətəndaşı avtomatik cavablandırma qurğusundan hərbi komissarlığa gəlmək zərurəti barədə məlumat verilən saxta telefon zəngləri alıb.
 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az