“Rusiya azərbaycanlıları Krıma deportasiya etməyə hazırlaşır”

17:44 - 26 Mart 2022

“Rusiya azərbaycanlıları Krıma deportasiya etməyə hazırlaşır”

"İşğalçılar bu gün etnik azərbaycanlıları, erməniləri və Ahıska türklərini Xerson şəhərindən müvəqqəti işğal olunmuş Krıma zorla deportasiya etməyə hazırlaşırlar”.

Manşet.az xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini - Ukraynanın işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşuk videomüraciətində bildirib.

"Bizdə olan məlumata görə, işğalçılar bu gün nümayişkaranə aksiya planlaşdırıblar – onlar etnik erməniləri, azərbaycanlıları və Ahıska türklərini Xerson şəhərindən Ukraynanın müvəqqəti olaraq işğal edilmiş Krım yarımadasına deportasiya etmək niyyətindədirlər”, - deyə o qeyd edib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az