“Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibənin məqsədləri barədə yalan danışan Vladimir Putin hakimiyyətdə qalmamalıdır”.
Manset.az Ukrayna mediasına istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin denazifikasiya barədə iddiaları yalandır, Ukrayna Prezidenti Volodimir Zelenski isə demokratik yolla seçilib.