Zelenski Rusiya mətbuatına müsahibə verdi

16:34 - 27 Mart 2022

Zelenski Rusiya mətbuatına müsahibə verdi

Ukrayna Prezidenti Vladimir Zelenski müharibənin başlanmasından bəri ilk dəfə Rusiya mətbuatına müsahibə verib.

 

Manset.az xəbər verir ki, bu barədə “Meduza” məlumat yayıb.

“Martın 27-də “Meduza”nın baş redaktoru İvan Kolpakov, “Dojd” telekanalının baş redaktoru Tixon Dzyadko, yazıçı-jurnalist Mixail Zıqar və “Kommersant”ın müxbiri Vladimir Solovyev Zelenski ilə telefonla danışıblar”, - məlumatda qeyd olunub.

Telefon danışığının iki saatdan çox davam etdiyi bildirilib.

Telefon danışığı axşama doğru senzurasız dərc olunacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az