Yeni sosial şəbəkə yaratmaq barədə ciddi fikirləşirəm.
Manset.az xəbər verir ki, bunu “Speys X” və “Tesla” şirkətlərinin sahibi, milyarder İlon Mask Tvitter səhifəsində yazıb.
İstifadəçilərdən biri milyarderdən söz azadlığına və ona əməl olunmasına üstünlük veriləcək, təbliğatın minimal olduğu yeni sosial şəbəkə yaratmağı düşünüb-görmədiyini soruşub.
Mask isə ona, “Bu barədə ciddi fikirləşirəm” cavabını verib.