“Ukraynada tezliklə atəşkəs olmasını tələb edirik” - Türkiyənin müdafiə naziri

21:47 - 27 Mart 2022

“Ukraynada tezliklə atəşkəs olmasını tələb edirik” - Türkiyənin müdafiə naziri

Biz (Ukraynada -red.) tezliklə atəşkəsin əldə olunmasını istəyirik. Biz bunu tələb edirik, bunun üçün çalışırıq.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O qeyd edib ki, Türkiyə siyasətinin prinsipi bütün ölkələrin sərhədlərinə, hüquqlarına hörmətlə yanaşmaqdır.

“Bu mənada, Türkiyə Cümhuriyyəti Dövləti olaraq prezidentimiz bunu dəfələrlə dilə gətirib. Biz Ukraynanın sərhədlərinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət edirik. Bundan əlavə, 2014-cü ildən bu yana prezidentimiz Ukraynanın Rusiya tərəfindən ədalətsiz ilhaqını tanımadığımızı dəfələrlə dilə gətirib”, - deyə nazir bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az