Polşa prezidenti Anjey Duda Macarıstanın Rusiyaya münasibətini sərt sözlərlə tənqid edib.
Manset.az xəbər verir ki, Rusiya ilə Ukrayna arasında gedən müharibə Avropada gərginliyə səbəb olub.
Müharibə başlayandan Ukraynanın qonşusu Polşa ilə Macarıstan arasında gərginlik hökm sürür.
Polşa prezidenti Anjey Duda Macarıstanı Rusiya ilə bağlı siyasətinə görə hədələyib.
Duda yerli televiziya kanalına verdiyi müsahibədə Macarıstanı Ukraynanı dəstəkləmədiyinə və Rusiyaya qarşı addım atmadığına görə tənqid edərək “Rusiyanın Ukraynaya təcavüzünü, minlərlə dinc sakinin ölməsini və beynəlxalq hüquqa görə müharibə cinayəti təşkil edən bombardmanları nəzərə alsaq, Macarıstanın yanaşmasını anlamaq mənim üçün çətindir” deyib.
Qeyd edək ki, Macarıstanın baş naziri Viktor Orban Ukrayna prezidenti Vladimir Zelenskinin Macarıstandan ölkəsinə silah tranzitinə icazə verilməsi və Rusiyaya qarşı təbii qaz və neft sanksiyalarını dəstəkləmək tələbini rədd edib.