Rusiya slovakiyalı diplomatları ölkədən çıxarır

18:00 - 28 Mart 2022

Rusiya slovakiyalı diplomatları ölkədən çıxarır

Slovakiyanın Mokvadakı səfiri Lyobomir Reqak Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Manşet.az xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.

Məlumata görə, XİN-də səfirə bildirilib ki, Rusiya Slovakiyanın Moskvadakı səfirliyinin 3 diplomatını “persona non grata” (“arzuolunmaz şəxs”) elan edib.

Bildirilir ki, bu barədə qərar mart ayında Rusiyanın Slovakiyadakı səfirliyinin 3 əməkdaşının ölkədən çıxarılmasına cavab tədbiri olaraq verilib.

Rusiya slovakiyalı diplomatlara ölkəni tərk etmək üçün 72 saat vaxt verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az