"G7 ölkələri Rusiya qazının idxalına görə rubl ilə ödəniş etməklə bağlı təklifi rədd edir”.
Manşet.az xəbər verir ki, bu barədə məlumatı Almaniyanın energetika naziri Peter Altmayer açıqlayıb.
Xatırladaq ki, martın 23-ü Rusiya Prezidenti Vladimir Putin hökumətlə görüşündə bildirib ki, Rusiya təbii qaz tədarükü üçün ödənişləri dollar və avro da daxil olmaqla digər valyutalarla qəbul etməkdən imtina edəcək və rublla ödənişlərə keçəcək.