“Rusiya döyüşlərdə gündəlik 510-530 hərbçisini itirir”- Podolyak

18:40 - 28 Mart 2022

“Rusiya döyüşlərdə gündəlik 510-530 hərbçisini itirir”- Podolyak

“Ukrayna ağır və uzaqmənzilli artilleriya sistemləri üçün mərmi tədarükünün artırılmasına ehtiyac duyur”.

Manşet.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, Rusiya döyüşlərdə gündəlik 510-530 hərbçisini itirir.

“Bu, döyüşlərin olduqca yüksək intensivliyindən və Ukrayna hərbçilərinin motivasiyasından xəbər verir. Rusiya Federasiyasının bərpa edilməyən itkilərini iki, üç mislinə çıxarmaq üçün ağır və uzaqmənzilli artilleriya sistemlərinin mərmi tədarükünü kəskin artırmaq lazımdır”, - deyə o qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az