Ukraynanı tərk edənlərin sayı açıqlandı

19:26 - 28 Mart 2022

Ukraynanı tərk edənlərin sayı açıqlandı

Ukraynadan onunla qonşu olan ölkələrə 3,86 milyondan çox qaçqın gəlib.

Manşet.az xəbər verir ki, bu barədə BMT-nin qaçqınların işləri üzrə Ali komissarının idarəsindən bildiriblər.

İdarənin saytında yerləşdirilmiş məlumata əsasən, fevralın 24-dən martın 27-dək Ukraynanı tərk edən qaçqınların sayı 3 milyon 866 min 224 nəfərə çatıb. Sutka ərzində onların sayı 45 min nəfərdən çox artıb.

Polşaya 2 milyon 293 min 833, Rumıniyaya 595 min 868, Moldovaya 383 min 627, Macarıstana 354 min 41 qaçqın gəlib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az