Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Rafael Mariano Qrossinin Ukraynadakı nüvə obyektlərinin təhlükəsizliyi baxımından lazım olan yardımı göstərmək üçün Ukraynaya getdiyi açıqlanıb.
Manset.az xəbər verir ki, MAQATE-dən verilən açıqlamada Qrossinin nüvə təhlükəsizliyi üçün Ukrayna səlahiyyətliləri ilə görüşəcəyi bildirilib.
Səfərin məqsədinin bu ölkənin nüvə obyektlərinə fövqəladə təhlükəsizlik dəstəyinə başlamaq olduğu qeyd edilib.
Sözügedən dəstəyə obyektlərə Agentlik ekspertlərinin və həyati əhəmiyyətli təhlükəsizliklə əlaqədar materiallar, o cümlədən monitorinq və qəza avadanlıqları göndərilməsi daxildir.
Qrossinin bu səfər çərçivəsində ölkədəki elektrik stansiyalarından birinə gedəcəyi də bəyan edilib.