"Ukrayna hərbi ittifaqlara qoşulmaqdan imtina edəcəyinə söz verib".
Manşet.az xəbər verir ki, bunu İstanbulda Ukrayna ilə keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Vladimir Putinin köməkçisi Vladimir Medinski bildirib.
O qeyd edib ki, Ukrayna hərbi məsələlərlə bağlı hər şeyi Rusiyanın razılığı ilə edəcək:
"Ukrayna hərbi ittifaqlara qoşulmaqdan, xarici hərbi bazaları, kontingentləri yerləşdirməkdən, zəmanətçi dövlətlərin, habelə Rusiya Federasiyasının razılığı olmadan Ukrayna ərazisində hərbi təlimlər keçirməkdən imtina edir”, - V.Medinski deyib. (Bizim.Media)