Xmelnitski aerodromu raketlə VURULDU

20:23 - 29 Mart 2022

Xmelnitski aerodromu raketlə VURULDU

Rusiya Ukraynanın Xmelnitski regionunun Starokostyantinov şəhərinin aerodromuna raket zərbəsi endirib.

Manşet.az xəbər verir ki, bu barədə şəhərin meri Nikolay Melniçuk “Facebook” hesabındakı paylaşımında bildirib.
O qeyd edib ki, müharibənin lap əvvəlindən şəhərə raket zərbələri endirilib, lakin bu günkü hücum çox ciddi olub və nəzərəçarpan zədəyə səbəb olub.

Melniçuk əlavə edib ki, Rusiya qüvvələri strateji ehtiyat kimi saxlanılan bütün yanacaq və sürtkü materialları anbarlarını tamamilə dağıdıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az