Çavuşoğludan nümayəndələrin görüşü ilə bağlı - Açıqlama

22:24 - 29 Mart 2022

Çavuşoğludan nümayəndələrin görüşü ilə bağlı - Açıqlama

“Ukrayna və Rusiya nümayəndə heyətləri arasında aparılan danışıqlar zamanı bəzi məsələlərdə mövqelərin yaxınlaşmasına nail olmaq mümkün olub, lakin daha mürəkkəb mövzular növbəti mərhələdə Rusiya və Ukrayna xarici işlər nazirləri tərəfindən müzakirə olunacaq”.

Manşet.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. 

"İstanbulda Ukrayna-Rusiya danışıqlarında bir sıra məsələlər razılaşdırılıb və mövqelər yaxınlaşıb", - Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, Kiyev və Moskva arasında danışıqların gündəliyindəki daha mürəkkəb mövzular sonrakı mərhələlərdə Ukrayna və Rusiya Xarici İşlər nazirliklərinin rəhbərləri tərəfindən nəzərdən keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az