Nəticədən narazı qalan Nigeriya millisinin azarkeşləri meydana girdilər - VİDEO

09:27 - 30 Mart 2022

Nəticədən narazı qalan Nigeriya millisinin azarkeşləri meydana girdilər - VİDEO

Nigeriya millisinin azarkeşləri Qana yığması ilə görüşdən sonra iğtişaş törədiblər.

 

Manset.az xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Lakin bu nəticə nigeriyalılara Qətərdəki dünya çempionatında iştirak etməyə imkan verməyib.

Qeyd edək ki, dünya çempionatı 21 noyabr - 18 dekabr tarixlərində keçiriləcək.

İndiyədək Qana ilə yanaşı, Qətər, Almaniya, Danimarka, Braziliya, Belçika, Fransa, Xorvatiya, İspaniya, Serbiya, İngiltərə, İsveçrə, Niderland, Argentina, İran, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Yaponiya, Uruqvay, Ekvador və Kanada final mərhələsinə vəsiqə əldə ediblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az