Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI

13:38 - 30 Mart 2022

Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI

Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.

 

Manset.az xəbər verir ki, bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunub ki, 24 fevral-30 mart tarixlərində Rusiya tərəfinin şəxsi heyət sıralarında itkisi 17 300-ə (ötən günlə müqayisədə 100 nəfər çox) çatıb.  

Bundan əlavə, gedən döyüşlərdə Rusiya ordusunun 605 tankı, 1723 zirehli döyüş maşını, 305 artilleriya sistemi, 96 reaktiv yaylım atəş sistemi, 54 HHM sistemi, 131 təyyarəsi, 131 helikopteri, 1184 avtomobil texnikası, 7 kateri, 75 yanacaq-sürtkü materialları çəni, 81 kəşfiyyat PUA-sı, 21 xüsusi texnikası, 4 əməliyyat-taktiki raket kompleksinin buraxılış qurğusu məhv edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az