Ukrayna baş nazirinin müavini İrina Vereçuk Çernobılda partlayış riski səbəbindən obyekti ələ keçirən Rusiya qüvvələrinin dərhal geri çəkilməli olduğunu bəyan edib.
Manset.az xəbər verir ki, Vereçuk bildirib ki, partlayış xəbərdarlığı Ukrayna silahlı qüvvələri tərəfindən verilib.
"Biz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qadağan zonası olan Çernobılın demilitarizasiyası üçün təcili tədbirlər görməsini və nüvə fəlakəti riskini yenidən minimuma endirmək üçün bölgəyə BMT-nin xüsusi missiyasına başlamasını tələb edirik" - Ukrayna rəsmisi bildirib.