Ukrayna nümayəndə heyəti niyə Türkiyəni tərk etməyib?

18:00 - 30 Mart 2022

Ukrayna nümayəndə heyəti niyə Türkiyəni tərk etməyib?

Rusiya ilə danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyəti hələ Türkiyəni tərk etməyib.

Manşet.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna nümayəndə heyətinin rəhbəri, deputat David Araxamia açıqlayıb.

Onun sözlərinə görə, bu gün hərbi-texniki sahədə əməkdaşlığın müzakirə edilməsi üçün türkiyəli məmurlar ilə danışıqlar planlaşdırılıb.

Bunun ardınca, məhz elə bu gün nümayəndə heyəti Ukraynaya geri qayıdacaq.

Xatırladaq ki, martın 29-u İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar keçirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az