Zelenski iki generalı rütbəsindən məhrum etdi

09:19 - 01 Aprel 2022

Zelenski iki generalı rütbəsindən məhrum etdi

Ukrayna prezidenti Volodimir Zelenski iki generalın rütbələrini əllərindən alıb. 

 

Manset.az UNİAN informasiya agentliyinə istinadla xəbər verir ki, o bu barədə teleramda kanalında yaydığı video mesajında bildirib.

Ölkə başçısı Ukrayna Təhlükəsizlik Xidmətinin Daxili Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəhbəri Andrey Naumov və Ukrayna Təhlükəsizlik Xidmətinin Xerson vilayəti üzrə İdarəsinin keçmiş rəhbəri Serqey Krivoruçkonun general rütbəsindən məhrum edib.

Onun sözlərinə görə, dövləti, onun azadlığını və müstəqilliyini qorumaq üçün Ukrayna xalqına sədaqətlə bağlı verdiyi hərbi andı pozan ən yüksək rütbəli zabitlər, Ukrayna Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin 48-ci maddəsinə uyğun olaraq hərbi rütbələrindən məhrum ediləcəklər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az