Avstraliyanın baş naziri Scott Morrison Ukrayna prezidenti Vladimir Zelenskinin dünən telekonfrans vasitəsilə Avstraliya parlamentindəki çıxışında tələb etdiyi Avstraliya istehsalı olan "Bushmaster" adlı zirehli hərbi maşınların göndərilməsi ilə bağlı açıqlama verib.
Manset.az-ın məlumatına görə, Prezident Zelenskinin tələbini yerinə yetirəcəklərini açıqlayan Morrison, hərbi hissələrin daşınması üçün istifadə edilən Avstraliya istehsalı olan zirehli "Bushmaster" maşınlarının Ukraynaya hava yolu ilə göndəriləcəyini bildirib.
Bununla belə, nə qədər "Bushmaster" maşınının göndəriləcəyini və hansı Avropa ölkəsinə nə vaxt enəcəklərini açıqlamayan Morrison “Biz təkcə dualarımızı göndərmirik, silahlarımızı, sursatlarımızı, humanitar yardımlarımızı, zirehli texnikamızı, bunların hamısını göndəririk” deyib.