Rusların 900 milyon avroluq əmlakı müsadirə EDİLDİ

19:53 - 01 Aprel 2022

Rusların 900 milyon avroluq əmlakı müsadirə EDİLDİ

İtaliyada Avropa sanksiyalarına məruz qalan Rusiya vətəndaşlarının 900 milyon avro dəyərində əmlakı müsadirə edilib.

Manşet.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Luici Di Mayo bildirib.

"İndiyə qədər ümumi məbləğ 900 milyon avro təşkil edib. Biz tez və davamlı hərəkət etdik və bunu gələcəkdə də davam etdirəcəyik", - deyə o qeyd edib.

Bundan əvvəl İtaliya hökuməti rusiyalı iş adamı Andrey Melniçenkonun yaxtasına həbs qoyub. Rusiyalı milyarder Poman Abramoviç isə yaxtasını Monteneqroya apararaq, sanksiyalardan xilas ola bilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az