Avropa Məhkəməsi Saakaşvilinin şikayətini qəbul etmədi

22:14 - 01 Aprel 2022

Avropa Məhkəməsi Saakaşvilinin şikayətini qəbul etmədi

Avropa İnsan Hüquqları Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin penitensiar sistemdən şikayətini baxılan işlərin siyahısından çıxarıb.

Manşet.az xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə nazirinin müavini Beka Dzamaşvili keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, məhkəmənin rəyinə əsasən, insan hüquqlarının müdafiəsi baxımından şikayətə baxılmanı tələb edən xüsusi hal yoxdur:

"Bu qərar bir daha təsdiqləyir ki, penitensiar müəssisədə Mixeil Saakaşvili ilə rəftar və onun müalicəsi Avropa Məhkəməsinin müəyyən etdiyi standartlara tam uyğundur, onun hüquq və maraqları tam qorunur”.

Qeyd edək ki, M.Saakaşvili Avropa İnsan Hüquqları Məhkəməsinə etdiyi şikayətdə penitensiar müəssisədə onunla pis rəftar edildiyini və düzgün müalicə olunmadığını iddia edirdi.

Xatırladaq ki, sabiq dövlət başçısı ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tiflisdə yaxalanıb. Eks-prezident hazırda Rustavi şəhərindəki 12 saylı həbsxanada saxlanılır. 
(Report)


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az