Ukraynanın daha 40 obyektini VURDU

23:10 - 01 Aprel 2022

Ukraynanın daha 40 obyektini VURDU

Rusiya Silahlı Qüvvələrinin operativ-taktiki aviasiyası sutka ərzində Ukraynanın 40 hərbi obyektini, o cümlədən "Buk-M1” və "Osa” zenit-raket komplekslərini vurub”.

Manşet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov bildirib.

O, bildirib ki, iki zenit-raket kompleksi Muraxov vilayətində, "Buk-M1” isə Velikie Novoselki rayonunda vurulub.

Rusiya Silahlı Qüvvələri fevralın 24-dən indiyədək Ukraynada 124 təyyarə, 82 helikopter və 1854 tank və digər zirehli texnikanı məhv edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az