Pakistanın xüsusi xidmət orqanları baş nazir İmran Xana qarşı sui-qəsd planını üzə çıxarıb.
Manşet.az xəbər verir ki, bu barədə cümə günü informasiya və yayım naziri Fəvad Çoudriyə istinadən “Dawn” qəzeti məlumat yayıb.
“Bu məlumatlardan sonra hökumətin qərarı ilə baş nazirin müdafiəsi gücləndirilib”, - Çoudri bildirib.
Bundan əvvəl Pakistanın hakim “Ədalət Hərəkatı” partiyasının lideri Feysal Vavda da oxşar bəyanatlarla çıxış edərək, ölkədə baş nazirin “ölkəni satmaqdan” imtina etdiyinə görə onun həyatına sui-qəsd planının hazırlandığını bildirmişdi.
Sui-qəsdlə bağlı xəbərlər aprelin 3-də baş nazirə etimadsızlıq səsverməsi fonunda yayılıb.