Vaşinqton Ukraynanın istifadə edə biləcəyi silah sistemlərinin Kiyevə ötürülməsini təmin etmək üçün dünya ölkələri ilə işləyir.
Manset.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
“Konkret silah sistemləri haqqında danışa bilmərəm, amma deyə bilərəm ki, bizim administrasiyamız Ukraynaya təkcə son bir ayda 1,6 milyard dollar da daxil olmaqla 2,3 milyard dollarlıq təhlükəsizlik sistemləri verib. Bu, bir çox silah sistemlərinə aiddir”, - Blinken bildirib.