Çində Omikronun yeni variantı tapıldı

19:16 - 03 Aprel 2022

Çində Omikronun yeni variantı tapıldı

Çinin şərqindəki Tszyansu əyalətinin Suçjou şəhərində koronavirusun "BA.1.1" Omikron ştammının yeni subvariantı aşkar edilib.

 

Manset.az xəbər verir ki, bu barədə şəhərin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeni subvariant haqqında daha çox məlumat əldə etmək üçün təhlillər və müqayisəyə vaxt lazımdır.

Qeyd edək ki, Omikron koronavirusunun yeni variantı ilk dəfə 2021-ci ildə Botsvana və Cənubi Afrikada müəyyən edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az