Zelenski Baydeni Rusiyanı terrorizmin himayədarı kimi tanımağa ÇAĞIRDI

23:19 - 15 Aprel 2022

Zelenski Baydeni Rusiyanı terrorizmin himayədarı kimi tanımağa ÇAĞIRDI

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Cozef Baydenə Rusiyanı terrorizmin himayədarı kimi tanıması ilə bağlı müraciət edib.

Manşet.az bu barədə Report-a istinadən xəbər verir.

ABŞ Prezidenti bundan əvvəl ukraynalı həmkarına Moskvaya daha çox təzyiq göstərmək üçün bir sıra müxtəlif təklifləri araşdırmağa hazır olduğunu bildirib.

Qəzetin qeyd etdiyi kimi, hətta soyuq müharibə dövründə də Moskvanın 1970-1980-ci illərdə terrorçu hesab edilən qrupları dəstəkləməsinə baxmayaraq, Vaşinqton Sovet İttifaqını bu cür tanımaqdan çəkinirdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az