“WhatsApp” messencerdə YENİLİK

08:54 - 16 Aprel 2022

“WhatsApp” messencerdə YENİLİK

“WhatsApp” messencerinin tərtibatçıları oxşar maraqları olan qrupları bir araya gətirərək icmalar yaratmaq barədə planlarını açıqlayıblar.

 

Manset.az xəbər verir ki, “WhatsApp” icması bir növ qruplar toplusu olacaq. İstifadəçilər icmalar yarada, icma adminləri isə icma daxilindəki qrupları idarə edə və bütün qruplara mesaj göndərə biləcəklər.

İcmalar çarpaz şifrələməni dəstəkləyəcək.

Tərtibatçılar icma qruplarında dezinformasiyanın yayılmasını azaltmaq üçün mesajların təkrar paylaşımını məhdudlaşdıracaqlar.

Yeni funksiya bu həftə ərzində az sayda istifadəçi üçün əlçatan olacaq. Sınaqlardan sonra “WhatsApp” icmaları geniş istifadəçi kütləsinin ixtiyarına veriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az