Bu da son: “Buz dövrü”nün dələsi 20 il sonra arzusuna çatdı - VİDEO

09:13 - 16 Aprel 2022

Bu da son: “Buz dövrü”nün dələsi 20 il sonra arzusuna çatdı - VİDEO

“Disney”in ötən il pandemiya səbəbilə fəaliyyətini dayandırdığı “Blue Sky Studios”un rəssamları “Buz dövrü”nün (“Ice Age”) “Skrat” adlı dələsinin 20 il arxasınca düşdüyü palıd qozasını nəhayət yediyi ilə bağlı video yayımlayıblar.

 

Manset.az oxu.az-a istinadla xəbər verir ki, “Son” (“The End”) adlı video “Blue Sky Studios” əməkdaşları tərəfindən studiya bağlanmazdan əvvəl “öz şərtləri ilə vida olaraq” hazırlanıb.

“Blue Sky Studios” koronavirus pandemiyası zamanı maliyyə çətinlikləri səbəbindən bağlanıb. ABŞ-ın animasiya studiyası “Buz dövrü” ilə yanaşı, “Rio”, “Titan A.E.” və “Robotlar” kimi cizgi seriyaları ilə tanınır. Studiyanın ən son layihəsi isə “Ice Age: Scrat Tales” qısametrajlı filmi olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az