Ukrayna nümayəndə heyəti ABŞ-a gedir

09:25 - 16 Aprel 2022

Ukrayna nümayəndə heyəti ABŞ-a gedir

Ukraynanın Baş naziri Denis Şmıqal, maliyyə naziri Sergey Marçenko, ölkənin Milli Bankının rəhbəri Kirill Şevçenko və bir sıra digər ukraynalı məmur ABŞ-a səfər edəcək.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Reuters” agentliyi yayıb. Agentlik yazır ki, səfər gələn həftə baş tutacaq. 

Məlumata görə, Ukrayna nümayəndə heyəti səfər zamanı G7 ölkələrinin və digər dövlətlərin maliyyə qurumlarının nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək. 

Bununla yanaşı, nümayəndə heyətinin aprelin 21-i Dünya Bankı tərəfindən Ukraynaya həsr olunan dəyirmi masada da iştirak edəcəyi planlaşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az