Putin Səudiyyə şahzadəsi ilə Ukraynadakı vəziyyəti müzakirə etdi

18:26 - 16 Aprel 2022

Putin Səudiyyə şahzadəsi ilə Ukraynadakı vəziyyəti müzakirə etdi

Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman neft bazarlarında baş verənləri və Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Manşet.az xəbər verir ki,  bu  barədə Kremlin mətbuat xidməti  məlumat yayıb.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə daxil olmayan neft hasil edən ölkələr ilə həyata keçirilən əməkdaşlıq məsələlərinin müzakirə edildiyi görüşdə sözügedən əməkdaşlıqla bağlı müsbət dəyərləndirmələr aparılıb.

Telefon danışığı zamanı tərəflər Ukrayna və Yəməndəki hadisələri də müzakirə ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az