Rus qazından imtina: AB üzünü Afrikaya tutur

12:17 - 03 May 2022

Rus qazından imtina: AB üzünü Afrikaya tutur

Avropa Birliyi 2022-ci ilin sonuna qədər Rusiya qazından asılılığı azaltmaq üçün Afrika ölkələri ilə əməkdaşlığı intensivləşdirmək niyyətindədir.

 

Manset.az xəbər verir ki, bu barədə “Blumberq” yazıb.

Bildirilib ki, sənəd bu ay qurumun Moskvadan enerji asılılığını azaltmaq planının həyata keçirilməsi paketi çərçivəsində qəbul edilməlidir:

“Afrika ölkələri, xüsusən də qitənin qərb hissəsində yerləşən Nigeriya, Seneqal və Anqola mayeləşdirilmiş təbii qaz (LNG) üçün əhəmiyyətli potensiala malikdir”, - məlumatda qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az