Putin dost olmayan ölkələrlə bağlı fərman imzaladı

16:24 - 03 May 2022

Putin dost olmayan ölkələrlə bağlı fərman imzaladı

Rusiya Prezidenti Vladimir Putin bir sıra ölkələrin dost olmayan addımlarına cavab olaraq yeni iqtisadi tədbirlərin görülməsi barədə fərman imzalayıb.

 

Manset.az xəbər verir ki, fərman hüquqi informasiyalar internet portalında yer alıb.

Fərmana əsasən, Rusiyanın cavab sanksiyalarına düşmüş xarici fiziki və hüquqi şəxslərlə sövdələşmələr imzalamaq və onların qarşısında öhdəlikləri icra etmək qadağan edilir.

Bundan başqa, fərman həmin şəxslərin xeyrinə Rusiyadan xammal və məhsul çıxarılmasının qadağan olunmasını nəzərdə tutur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az