Türkiyədə sel: Onlarla avtomobil su altında qaldı - VİDEO

18:00 - 03 May 2022

Türkiyədə sel: Onlarla avtomobil su altında qaldı - VİDEO

Türkiyənin Adıyaman şəhərində güclü yağışlar və dolu sellə nəticələnib.

Manşet.az xəbər verir ki, onlarla avtomobil sel suları altında qalıb.

Mimar Sinan məktəbinin həyətinə yığılan sel sularının hündürlüyü 1,5 metri keçib. Gölə çevrilən məktəb həyətində 80-ə yaxın avtomobil su altında qalıb.

Hadisə yerinə fövqəladə hallar işçiləri, xilasedici qüvvələr, polis cəlb edilib.

Xoşbəxtlikdən maşınlarda qalan və yaralanan olmayıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az